Cümşüdov Sabİr Qənbər oğlu
05 may 1936-cı ildə Talış Dağlarının döşündə, Astaranın dağ kəndi Motlayataq ilə Lerikin ucqar Nısoədi kəndinin görüşdüyü məkanda nəccar ailəsində dünyaya göz açmışdır.
İqtisad elmləri doktoru, professordur.
Eyni zamanda, Azərbaycan Yazıçılar Birliyinin üzvü (vaxtilə SSRİ Yazıçılar İttifaqının üzvü olmuşdur), «Qızıl Qələm» mükafatı laureatıdır.
7-ci sinfədək Astaranın Motlayataq, Lerikin Bob, Daster və Siyov kəndlərindəki məktəblərdə oxumuş, 8-ci sinifdən isə Astara rayonunun M.F.Axundov adına Pensər kənd orta məktəbində təhsilini davam etmişdir.
1953-cü ildə həmin məktəbin 10-cu sinfini əla qiymətlərlə bitirmiş, Azərbaycan Politexnik İnstitutunda (indiki Azərbaycan Texniki Universiteti) “Avtomobillər və avtomobil təsərrüfatı“ (“Avtomobil nəqliyyatının istismarı”) ixtisası üzrə əlaçı kimi təhsil almışdır.
O, hələ tələbə ikən avtomobil nəqliyyatının istismarı və iqtisadiyyatı üzrə elmi-tədqiqat işləri aparmış, Bakıda, Tbilisidə və Moskvada SSRİ ali məktəb tələbələrinin elmi konfranslarında elmi məruzələrlə çıxış etmişdir.
Ali təhsil müddətində hərbi təhsil də almış, hərbi təlimin dövlət imtahanından “Əla” (5) qiymət aldığından baş leytenant hərbi rütbəsinə layiq görülmüşdür.
1958-ci ildə institutu əla qiymətlərlə bitirərək, aspiranturaya qəbul elanını gözləyənədək (1958 - 1962-ci İllərdə) Azərbaycan Respublikası «Avtomobil nəqliyyatı» Nazirliyinin Xaçmaz və Bakı avtomobil təsərrüfatlarında baş mühəndis vəzifəsində işləmiş, mükafatlara və təşəkkürlərə layiq görülmüşdür.
1963 - 1965-ci illərdə Moskva Dövlət Avtomobil-Yol İnstitutunda aspirantura keçmiş, 1965-ci ildə namizədlik dissertasiyasını uğurla müdafiə edərək, texnika elmləri namizədi alimlik dərəcəsini almışdır.
05 may 1936-cı ildə Talış Dağlarının döşündə, Astaranın dağ kəndi Motlayataq ilə Lerikin ucqar Nısoədi kəndinin görüşdüyü məkanda nəccar ailəsində dünyaya göz açmışdır. İqtisad elmləri doktoru, professordur. Eyni zamanda, Azərbaycan Yazıçılar Birliyinin üzvü (vaxtilə SSRİ Yazıçılar İttifaqının üzvü olmuşdur), «Qızıl Qələm» mükafatı laureatıdır. 7-ci sinfədək Astaranın Motlayataq, Lerikin Bob, Daster və Siyov kəndlərindəki məktəblərdə oxumuş, 8-ci sinifdən isə Astara rayonunun M.F.Axundov adına Pensər kənd orta məktəbində təhsilini davam etmişdir. 1953-cü ildə həmin məktəbin 10-cu sinfini əla qiymətlərlə bitirmiş, Azərbaycan Politexnik İnstitutunda (indiki Azərbaycan Texniki Universiteti) “Avtomobillər və avtomobil təsərrüfatı“ (“Avtomobil nəqliyyatının istismarı”) ixtisası üzrə əlaçı kimi təhsil almışdır. O, hələ tələbə ikən avtomobil nəqliyyatının istismarı və iqtisadiyyatı üzrə elmi-tədqiqat işləri aparmış, Bakıda, Tbilisidə və Moskvada SSRİ ali məktəb tələbələrinin elmi konfranslarında elmi məruzələrlə çıxış etmişdir. Ali təhsil müddətində hərbi təhsil də almış, hərbi təlimin dövlət imtahanından “Əla” (5) qiymət aldığından baş leytenant hərbi rütbəsinə layiq görülmüşdür. 1958-ci ildə institutu əla qiymətlərlə bitirərək, aspiranturaya qəbul elanını gözləyənədək (1958 - 1962-ci İllərdə) Azərbaycan Respublikası «Avtomobil nəqliyyatı» Nazirliyinin Xaçmaz və Bakı avtomobil təsərrüfatlarında baş mühəndis vəzifəsində işləmiş, mükafatlara və təşəkkürlərə layiq görülmüşdür. 1963 - 1965-ci illərdə Moskva Dövlət Avtomobil-Yol İnstitutunda aspirantura keçmiş, 1965-ci ildə namizədlik dissertasiyasını uğurla müdafiə edərək, texnika elmləri namizədi alimlik dərəcəsini almışdır. 1971-ci ildə isə həmin İnstitutda müzakirəyə qoyulmuş doktorluq dissertasiyası Moskva alimləri tərəfindən yüksək qiymətləndirilmişdir. Xidmət sahələrinin (nəqliyyat və rabitə) iqtisadiyyatı və menecment kafedrasının müdiri işləməklə, 1970-1990-cı illərdə SSRİ Ali təhsil üzrə elmi-metodik şuranın üzvü olmuşdur. 1980-ci ildə SovİKP və SSRİ Nazirlər Sovetinin qərarı ilə (bu qərar bütün respublikalara şamil olunurdu) «Elmi-texniki tərəqqinin kompleks proqramı» işlənib hazırlanmalı idi. Azərbaycanda Nəqliyyat və Rabitə üzrə bu proqramı prof. Sabir Qənbər oğlu Cümşüdov yerinə yetirmişdi. (Москва, «Наука», 1983). Bu işə görə də həm təhsil nazirinin və həm də rektorun əmri ilə təşəkkürlər almışdır. O, 50 ildən artıq Azərbaycan Texniki Universitetində fəaliyyət göstərmişdir (onlardan 40 il kafedra müdiri işləməklə). Nəqliyyat, mühəndis biznesi və menecment fakültələrində mühazirələr oxumuş, 450-dən çox elmi əsərin, 50-dən çox kitabın, dərslik, dərs vəsaitləri, monoqrafiyaların və fənn proqlarının müəllifi olmuşdur. İqtisad elmləri sahəsində onlarla alim yetişdirmiş və bu istiqamətdə fəaliyyətini davam etməkdədir. Eyni zamanda, 2003-cü ildən başlayaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında «Dövlət idarəetməsi və menecment» kafedrasının professoru vəzifəsinə dəvət olunur və Akademiyada mövcud olan təhsilin bütün növləri üzrə mühazirələr deyir və elmi kadrlar hazırlamaqla fəaliyyətini davam etdirir. Müxtəlif dərslik, dərs vəsaitləri və çoxlu sayda fənn proqramları hazırlamışdır. Dövlət İdarəçilik Akademiyası üçün doktorant və dissertantlara elmi rəhbərlik etməklə alimlər yetişdirmişdir. Hal-hazırda Azərbaycan Respublikası Prezidentinin yanında Dövlət İdarəçilik Akademiyasında professor-konsultant kimi bir çox doktorantlara və dissertantlara elmi rəhbərlik edir, iqtisad elmləri üzrə fəlsəfə doktoru və elmlər doktorları hazırlayır. O, 3 il Azərbaycan İqtisadiyyat Universitetinin maliyyə fakultəsində mühazirələr də demişdir. Sabir Cümşüdün elmi fəaliyyəti də çoxşaxəli olmuşdur. Öz elmi-təqdiqat əsərlərindən başqa, o, çoxlu sayda namizədlik və doktorluq dissertasiyalarının müdafiəsində rəsmi opponent olmuşdur. Müdiri olduğu kafedrada elm-tədqiqat işlərinin elmi rəhbərliyini həyata keçirmişdir. O, iqtisad elmləri (08.00.05 şifrəli ixtisas) üzrə AAK-nın əmri ilə AzTU-nun nəzdində yaradılmış dissertasiya müdafiə şurasının sədri olmuşdur. Çoxlu sayda universitet, Respublika və Beynəlxalq elmi-praktiki konfranslarda maraqlı elmi məruzələrlə çıxış etmişdir. AzTU nəzdində iqtisadiyyat üzrə birdəfəlik dissertasiya müdafiə şurasının sədri, AzMİU-da, AMEA İqtisadiyyat İnstitutu, Kənd Təsərrüfatının iqtisadiyyatı və təşkili ETİ-da, Nazirliyinin “İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu” və Neft Akademiyasında dissertasiya müdafiə şurasının üzvü olmuşdur. Azərbaycan Respublikasının Prezidentinin yanında Dövlət İdarəçilik Akademiyasında elmi-metodik şuranın üzvü olmuş, doktorantura qəbulunda sədrlik etmişdir. 1970-ci ildə SSRİ dövləti adından “Rəşadətli əməyə görə” medalı ilə, 2011-ci ildə isə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuşdur. Elmi-pedaqoji fəaliyyəti ilə yanaşı, Sabir Cümşüd, bədii yaradıcılıqla da geniş məşğul olmuş, coxlu sayda kitablar dərc etdirmişdir. Əsərləri oxucuların rəğbətini qazanmış, sözlərinə musiqilər bəstələnmiş, mahnılar səsləndirilmişdir. «Kamillik zirvəsi» bədii-fəlsəfi esselər toplusu («Gənclik» nəşriyyatı – 1980, 8000 tirajla), uşaqlar üçün «Göyün çıraqları» («Gənclik» nəşriyyatı – 1981, 50000 tirajla) və «Mücrü» («Elm və təhsil» nəşriyyatı - 2018) şeir kitabları, «Günəş damcıları» («Yazıçı» nəşriyyatı -1983, 5000 tirajla), «Bahar nəfəsi» («Yazıçı» - 1989, 3000 tirajla), «Talış dağları» (1997, rus dilində), «Meşəli dağlar» (2005, rus dilində) və «Mavi səma» (2018, rus dilində) lirik şeirlər kitabları və «Dağlarda yanan işıq» («Azərnəşr» – 2016) hekayələr kitabının müəllifidir. Yeni bədii əsəri olan “Məhəbbət ülviyyəti” adlı kitabı nəşr olunmaqdadır. Hal-hazırda da elmi və bədii yaradıcılığını davam etməkdədir.2024-cü ilin axırınadək öz xatirələrini “Elm və təhsil məbədi” kitabı ilə tamamlamaq fikrindədir. Ailəlidir, 4 övladı, 8 nəvəsi və 6 nəticəsi vardır.